Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ağ Ev COVID-19-un Çində laboratoriya şəraitində yarandığını iddia edir

19.04.2025 21:54 876
Ağ Ev COVID-19-un Çində laboratoriya şəraitində yarandığını iddia edir
Ağ Evin rəsmi internet saytı koronavirusun "həqiqi mənşəyi" barədə məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, ABŞ hökumətinin versiyasına əsasən, COVID-19 virusu laboratoriya mənşəlidir. Çin hökuməti isə bu iddianı dəfələrlə rədd edib.

Amerika tərəfi bu arqumentini "SARS-CoV-2 virusunun ən yaxın mənşəyi" adlı nəşrə istinadla əsaslandırır. Bildirilib ki, bu sənəd daha əvvəl dəfələrlə ABŞ rəsmiləri və media tərəfindən laboratoriya sızması versiyasını gözdən salmaq məqsədilə istifadə edilib. Ağ Ev öz mövqeyini dəstəkləmək üçün beş əsas arqument irəli sürüb:

* virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olması;
* COVID-19 yoluxma hallarının hamısının tək bir mənbədən qaynaqlanması, halbuki əvvəlki pandemiyalar virusun insanlara bir neçə dəfə ötürülməsi ilə başlayıb;
* Uhan şəhərində qeyri-tipik sətəlcəm üzrə ixtisaslaşmış laboratoriyanın yerləşməsi və burada "bioloji təhlükəsizlik standartlarına əməl olunmadan" genetik dəyişikliklərlə bağlı tədqiqatların aparılması təcrübəsinin olması;
* Uhan Virusologiya İnstitutunun tədqiqatçılarının pandemiyadan bir neçə ay əvvəl, 2019-cu ilin payızında COVID-19-a bənzər simptomlarla xəstələnməsi;

Ağ Ev hesab edir ki, əgər virusun təbii mənşəyi olsaydı, elmi ölçülərlə buna dair sübutlar artıq əldə olunardı, lakin belə sübutlar yoxdur.

Qeyd edək ki, yanvar ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) COVID-19-un təbii deyil, süni mənşəli olduğunu iddia edən hesabat dərc etsə də, bu barədə dəqiq sübutlar təqdim olunmayıb. Mart ayında isə ABŞ məhkəməsi Çin hökumətini pandemiyanın əvvəlində koronavirusun yayılması ilə bağlı məlumatları gizlətməkdə günahkar sayıb və Çin Xalq Respublikasından 24 milyard ABŞ dollarından artıq məbləğdə təzminat ödənilməsi qərarını çıxarıb.

Son xəbərlər