Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: “Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz”

21.07.2021 15:49 891
Deputat: “Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz”
“Rusiya ilə Azərbaycan prezidentləri arasındakı görüş hər iki ölkənin bir çox məqamlarda fikirlərinin üst-üstə düşməsindən xəbər verir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə Azərbaycan Prezidentinin Rusiyaya səfərini şərh edərkən deyib.

A.Mirzəzadənin sözlərinə görə, görüşdə əsas məqsəd hər iki tərəf arasında əlaqələrin daha da möhkəmləndirilməsi olub:

“Xüsusilə də Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi əsas məqsədlərdən biridir. Görüş zamanı prezidentlər arasında bir çox məsələlər geniş müzakirə edilib. Tərəflər Qarabağ məsələsi ilə bağlı 10 noyabrda və 11 yanvarda imzalanmış üçtərəfli sazişlərin yerinə yetirilməsi məsələsində yekdil fikrə gəldilər.

Bu sazişlərin ayrılmaz tərkib hissəsi olan Zəngəzur dəhlizinin işə salınması ilə bağlı geniş fikir mübadiləsi apardılar. Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz”.

O bildirib ki, Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin tezliklə fəaliyyətə başlaması üçün birgə tədbirlərin görülməsi barədə razılığa gəlib:

“Bu razılıq şübhəsiz ki, yerli vəziyyətin öyrənilməsi, təkliflərin dəyərləndirilməsi əsasında baş verib. Hesab edirəm ki, dünənki səfər artıq bu istiqamətdə real işə keçməyin vaxtının çatdığını bir daha göstərdi.

Növbəti addımlar artıq Rusiya tərəfdən xüsusi nümayəndə heyətinin Azərbaycana gəlməsi və əlaqələrin genişlənməsi olacaq. Bu məsələlərin geniş müzakirəsi istiqamətində müvafiq orqanlara lazımi tapşırıqların verilməsi olacaq. Bu da onu göstərir ki, artıq proses başlayıb”.

Son xəbərlər