Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən polisə 100 manat rüşvət verdiyinə görə həbs olunduğu iddia edilən şəxslə bağlı REAKSİYA

17.07.2021 18:31 939
DİN-dən polisə 100 manat rüşvət verdiyinə görə həbs olunduğu iddia edilən şəxslə bağlı REAKSİYA
Azərbaycanda polisin vətəndaşı haqsız yerə həbs etməsi barədə iddialar yayılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İddia olunub ki, Əliyev Anar Tahir oğlu yol polisinə rüşvət verdiyi üçün həbs olunub.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Anar Əliyev törətdiyi əmələ görə həbs olunub:

“Bir müddət idi ki, Suraxanı Rayon Polis İdarəsində Anar Əliyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları var idi. Həmin gün də o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin aşkar olunub.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Onu da əlavə edim ki, Anar Əliyev bundan əvvəl də iki dəfə məhkumluq həyatı yaşayıb. Ona görə də yol polisi ilə bağlı səsləndirilən ittihamların bu məsələ ilə heç bir əlaqəsi yoxdur. O, konkret əməlinə görə həbs olunub”.

A.Qafarov qeyd edib ki, görüntülərdə əks olunan yol patrul xidmətinin əməkdaşı barədə də artıq tədbir görülüb:

“O, işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib”.

Son xəbərlər