Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

DJ Fateh “Pantural”ı müdafiə edən izləyicini belə susdurdu - Audio

13.07.2021 22:13 858
DJ Fateh “Pantural”ı müdafiə edən izləyicini belə susdurdu - Audio
Xəbər verdiyimiz kimi, özünü "Pantural" kimi təqdim edən Tural Səfərov ictimai yerlərdə qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Median.Az
"qafqazinfo"-ya istinadən xəbər verir ki, "Pantural"ın çağırışı qısa müddətdə cəmiyyətdə sərt tənqid olunub.

Məsələ geniş auditoriyanın marağında olduğu üçün mövzu "İctimai radio" "Manpası" proqramında da müzakirəyə çıxarılıb.

Radionun direktoru və radioverilişin aparıcısı DJ Fateh "Pantural"la bağlı izləyicilərin mövqeyini öyrənib. Elə bu vaxt ortaya maraqlı dialoq çıxıb.

Efirə bağlanan Cavid adlı şəxs "Pantural"a haqq qazandırmağa çalışıb:

"Doğruları deyir. Sadəcə, emosional deyir deyə, müəyyən ifadələr işlədir deyə üzr videosu çəkib. Əlbəttə ki, doğru deyir. O cür geyinmək olmaz".

İzləyicinin mövqeyi aparıcını özündən çıxarıb.

"Kimin ixtiyarı var ki, o cür geyinmək olmaz desin? Əgər sən rahatlıqla o cür geyinmək olmaz deyirsənsə, icazə ver, mən də deyim, bu cür düşünmək də olmaz. Belə düşünmək və bunu radioda milyonlarla dinləyiciyə təbliğ etmək olmaz. Sənə danışmaq olmaz. Sən danışanda məni qıcıqlandırır bu. Şortik getinən qadınların hiss etdiyini hiss et. Bu, səni də qıcıqlandırsın. Zəng edə bilərsən, ama danışmaq olmaz sənə. "Sus" deyirəm sənə", - DJ Fateh izləyicini susdurub.

Xatırladaq ki, dünən sosial şəbəkədə özünü "Pantural" kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı ""harada açıq-saçıq q****q gördüz, zorlayın" adlı çağırış edirəm" deyə şərh yazıb.

70 min izləyicisi olan bloqer daha sonra "Pantural üzr istədi" adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb.

Daha sonra isə o, polis idarəsində vətəndaşlardan üzr istəyib.

Qeyd edək ki, özünü "Pantural" kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, "KOMA" filminin müəllifidir.скачать dle 11.3
Mojo.az Banner