Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan XİN Ermənistanın Şuşaya səfər edən səfirlərin ölkələrinə nota verməsinə cavab verib

13.07.2021 21:39 930
Azərbaycan XİN Ermənistanın Şuşaya səfər edən səfirlərin ölkələrinə nota verməsinə cavab verib
"Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın XİN-in iyulun 9-da Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan XİN-in bu addımı bir daha bu ölkənin hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgilədiyini göstərir: "Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq, bir sözlə mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq".

XİN rəsmisi vurğulayıb ki, Ermənistan XİN nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir: "Görünür, Ermənistan XİN-də rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də öz təsirini göstərir. Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir".скачать dle 11.3
Mojo.az Banner