Mojo.az Banner
22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının mərkəzində yol çökmək üzrədir AÇIQLAMA - FOTO

13.07.2021 12:58 927
Bakının mərkəzində yol çökmək üzrədir AÇIQLAMA - FOTO
Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində yolun asfalt-beton qatı çökmək üzrədir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli problemin qısa zamanda həll olunacağını bildirib:

“Göründüyü kimi ərzində iki kommunikasiya xəttinin baxış qapaqları var. Çox güman ki, həmin ərazidən keçən kommunikasiya xəttində hər hansısa bir problem var ki, belə hallar baş verir. Təbii ki, əgər, AAYDA-nin əməkdaşları ərazidə olarkən belə hallarla rastlaşırlarsa, dərhal aidiyyəti üzrə məlumat verilir və problemin aradan qaldırılması üçün addım atılır. Orda kommunikasiya xəttində hər hansısa problem varsa, buna cavabdeh olan qurumun əməkdaşları dəvət olunur, baxış keçirilir, problem aradan qaldırılır və daha sonra asfalt-beton örtüyü bərpa edilir. O cümlədən vətəndaşların müraciəti, eyni zamanda sosial şəbəkələrdə yayılan foto-video faktlar əsasında da biz dərhal araşdırmalara başlayıb, problemin aradan qaldırılması üçün işlər aparırıq”.

Qurum rəsmisi bildirib ki, kommunikasiya xətlərinə aidiyyəti qurumlar nəzarət etməlidir, lakin bu, yolda baş verirsə, avtomobillərin, piyadaların hərəkətində problem yaşanmaması üçün bəzən özümüz həmin qurumlara müraciət etmədən işlər görürük.

“Ötən gecə sosial şəbəkədə 8 Noyabr prospekti ilə kəsişmədə olan bir küçənin kənarında baxış qapağının qırıldığı barədə məlumat yayılmışdı. Səhər saatlarında əraziyə bizim əməkdaşlar göndərildi və qısa müddət ərzində aidiyyəti quruma məlumat verilmədən həmin problem aradan qaldırıldı. Bu kimi hallar olanda, dərhal reaksiya veririk”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə açıqlamasında yol çökməsi faktı ilə bağlı məsələnin araşdırılması üçün əraziyə işçi qrupun göndərildiyini bildirib.



скачать dle 11.3
Mojo.az Banner