Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Prezident 10 ildir sərəncam verib, amma heykəl yoxdur

12.07.2021 17:16 828
Prezident 10 ildir sərəncam verib, amma heykəl yoxdur
Tam 10 il əvvəl Prezident İlham Əliyev Bakıda görkəmli sərkərdə Babəkin heykəlinin ucaldılması haqqında sərəncam imzalayıb. Lakin “Yeni Günəşli” yaşayış sahəsi ilə Babək prospektinin kəsişməsində qoyulması planlaşdırılan Babəkin heykəlinin işləri hələ də tamamlanmayıb.

Heykəlin yarımçıq qalma səbəbi zaman-zaman gündəmə gətirilsə də, məsələ öz həllini tapmaq bilmir. Heykəl ötən ilin mart ayında hazır olacaqdı, amma bu proses uzandıqca uzanır. Hər dəfə də müxtəlif səbəblər gətirilir: gah iddia olunur ki, sifarişçisinin SOCAR olduğu heykəlin hazırlanmasına yetərli vəsait ayrılmır, gah da pandemiya ilə əlaqədar işlərin dayandırıldığı bildirilir. Başıbəlalı heykəlin təxminən 40 faizinin hazır olduğu da qeyd olunur.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, Babəkin heykəlinin postamenti qoyulsa da, hələ də ucaldılmamasının səbəbi bir neçə təklifin hazırlanmasıdır:

“Sözügedən heykəllə bağlı Nizami rayon İcra Hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər. Hazırda təklifləri hazırlayırlar. Heykəlin hazırlanması üçün Komissiya yaradılır. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq”.

Xatırladaq ki, heykəl hazır olanda Babək prospektinin sonunda yerləşən böyük meydanda qoyulacaq. Heykəlin üzü şəhərə tərəf dayanacaq və ayağının altında budaq formasında postament olacaq. Postamentin hündürlüyü 8, heykəlin hündürlüyü isə 10 metr olmalıdır.

Son xəbərlər