Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Sinqapurda koronavirus adi qripə çevrilir - Yeni plan

09.07.2021 23:52 978
Sinqapurda koronavirus adi qripə çevrilir - Yeni plan
Sinqapurda kovidlə birlikdə sülh şəraitində yaşamaq və pandemiyadan çıxmaq üçün yeni plan tətbiq edilir.

Milli.Az xəbər verir ki, Sakit okean regionunda Asiya ölkələri içərisində koronavirusla mübarizədə ən effektiv yol Sinqapurdadır. Bu vaxta kimi ölkədə 62 min insan yoluxub, cəmi 36 nəfər ölüb.

Sinqapur adi həyata qayıtmağa hazırlaşır.

"Pis xəbər odur ki, biz kovidi tam aradan çıxara bilmirik, o heç yerə heç vaxt getməyəcək. Yaxşı xəbər odur ki, biz normal həyata qayıda bilərik, pandemiyaya qrip, qızılca, mövsümi virus xəstəliyi kimi yanaşsaq və buna uyğun davransaq" - Sinqapurun səhiyyə nazirinin məqaləsində deyilir.

Onlar hesab edir ki, yaxın gələcəkdə kovid endemic olacaq, populyasiyada qalaraq, qrip kimi infeksion xəstəliklər siyahısına daxil olub, insanlar arasında dövr edəcək.



"Hər il minlərlə insan qripə yoluxur, çoxu özü sağalır, xəstəxanaya düşmür. Yaşlı və xəstə insanlar isə qripi də ağır keçirir və ölür. Lakin qrip nə qədər ağır olsa da, ondan ölüm riski azdır, insanlar hər il vaksin olunur, özünü qoruyur, təmiz əllər, təmiz ağız prinsipinə əməl edərək qorunur və adi qaydada yaşayır. Biz çalışacağıq ki, eyni mənzərə kovid üçün də keçərli olsun. Yaxın aylar üçün planımız belədir".

Qeyd edək ki, Sinqaput 6 milyonluq əhalisinin 3 milyonunu artıq peyvəndləyib, ikinci doza avqustda bitəcək. /medicina.az

Son xəbərlər