Mojo.az Banner
16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik qrip epidemiyası ilə bağlı məlumatlara aydınlıq gətirdi

25.01.2018 13:51 1 839
Nazirlik qrip epidemiyası ilə bağlı məlumatlara aydınlıq gətirdi
Son günlər bəzi kütləvi informasiya vasitələrində Avropada qrip epidemiyasının yayılması, həmin viruslar arasında ən yayğın olanı, KİV-lərdə adı Avstraliya qripi kimi keçən А (H3N2) virusunun yayılması barədə məlumat verilir.

Median.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş epidemioloqu, tibb elmləri doktoru İbadulla Ağayev AZƏRTAC-a bildirib ki, ölkədə qrip epidemiyasının yayılması barədə heç bir məlumat yoxdur:

“Əgər ayrı-ayrı ərazilərdə tək-tək kəskin respirator xəstəliklərə yoluxanlar varsa, bu, heç də epidemiya yayılması demək deyildir. Yaxud yüz minlərlə, on minlərlə əhalinin içərisində beş-on nəfərin qripə yoluxması epidemiya yayılması barədə “həyəcan təbili” çalmağa əsas vermir.

Səhiyyə nazirinin bu sahədə xüsusi əmri var və regionlarda infeksiyalara yoluxma halları ciddi nəzarət altındadır. Əvvəla, qrip virusuna yoluxmanın olub-olmamasını yalnız həkim müayinəsi təsdiq edə bilər. İkincisi, əgər olsa belə ölkəmizin səhiyyə sistemi, tibb müəssisələri, xəstəxana və poliklinikalar onun qarşısını almaq iqtidarındadır. Ona görə də narahatlığa dəyməz və qrip virusunun yayılması barədə də heç bir təhlükə yoxdur”.скачать dle 11.3
Mojo.az Banner