Mojo.az Banner
22:48 Cabbar Musayev qərar imzaladı  |     22:41 Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO  |     22:36 Hüccətülislam Tayebi Kanadaya qaçdı - GÖRÜNTÜ  |     22:28 Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə  |     22:20 “Müctəba Xameneinin heç bir problemi yoxdur”  |     22:09 İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı  |     22:03 Bu BÜRCLƏR xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır  |     21:40 Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi  |     21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |     21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:48 "Oleq Bakınski"nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |    
Left Banner
Right Banner

Koronavirusun adi qripə çevrilməsi üçün plan hazırlandı

29.06.2021 13:16 1 263
Koronavirusun adi qripə çevrilməsi üçün plan hazırlandı
İndiyə qədər dünyada koronavirus epidemiyası ilə ən yaxşı mübarizə aparan Sinqapur (təxminən 6 milyon əhaliyə cəmi 30 ölüm) virusla birlikdə yaşamaq şərtləri daxilində “yeni norma”ya keçid üçün plan hazırlayıb.

Bu barədə “Meduza” xəbər yayır.

Planda geniş miqyaslı peyvəndləmə, əhalinin böyük bir hissəsinin və adaya gələn hər kəsin gündəlik sürətli testlərdən keçirilməsi, həmçinin yoluxanlarla təmasda olanların ümumi izlənməsi nəzərdə tutulur.

COVID-19 heç vaxt yox olmayacaq (endemik hala gələcək). Sinqapur kimi kiçik dövlətlər virusu məğlub edə bilər, ancaq epidemiya digər ölkələrdə davam edəcək. Eyni zamanda, Sinqapur tamamilə beynəlxalq ticarətə bağlıdır və adada təcrid olunması mümkün deyil.

“Yoluxanların, o cümlədən də yeni ştammlarla -sərhədimizdən keçməyi qaçılmazdır. Deməli, virusla elə yaşamaq lazımdır ki, o cəmiyyətə və üzvlərinə maneə yaratmasın”, - deyə ölkə nazirləri bildirirlər.

Endemik xəstəliyə bir nümunə də qripdir. Xəstə olanların böyük əksəriyyəti xəstəxanaya yerləşdirilmədən sağalır. Ancaq onların az hissəsi, xüsusilə yaşlı insanlar və yanaşı xəstəlikləri olan insanlar ağırlaşmalarla qarşılaşa bilərlər; bəziləri də qripdən ölür.

Koronavirusa qarşı vaksinasiya COVID-19-un epidemioloji göstəricilərini mövsümi qrip göstəricilərinə yaxınlaşdırmalıdır.

Əsas məsəsə epidemiyalarla “normallığı” pozmadan mübarizə aparmaq üçün bir yol tapmaqdır. İnsanlar işləməli, həyatdan zövq almalı, tətillərini qeyd etməli, kütləvi və idman tədbirlərinə toplanmalıdır; turistlər, xarici işçilər və iş adamları ölkəyə daxil ola bilməlidirlər.скачать dle 11.3
Mojo.az Banner