Mojo.az Banner
19:54 “Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik”  |     19:45 MOİK-in baş məşqçisi klubdan ayrıldı  |     19:39 Kinematoqrafçılar İttifaqının üzvü vəfat etdi  |     19:30 Bu rayonun 4 kəndində qaz olmayacaq  |     19:29 Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb  |     19:18 Sabah bu rayonda qazın verilişində məhdudiyyət olacaq  |     18:58 "Qarabağ"ın ulduzuna Avropadan təklif  |     18:55 Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib  |     18:17 İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib  |     18:14 İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib  |     18:07 Tanışını qətlə yetirən şəxs hakim qarşısında  |     18:05 Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur  |     17:44 Bakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək  |     17:32 Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb  |     17:22 Filippində 6 bal gücündə zəlzələ olub  |     16:59 Bu küçələrdə xüsusi avtobus zolaqları yaradılacaq  |     16:49 Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydasında DƏYİŞİKLİK  |     16:42 “Space”in yeni rəhbəri kimdir? - DOSYE  |     16:41 Azərbaycanda bəzi cərimələr ləğv olunacaq  |     16:17 "Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ  |    
Left Banner
Right Banner

Avropada qrip epidemiyası: ölənlərin sayı artır

08.02.2019 12:58 3 863
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Yunanıstanda “donuz qripi” epidemiyası ilin əvvəlindən bəri 39 nəfərin həyatına son qoyub.

“Euronews” telekanalının məlumatına görə, informasiyanı Yunanıstanın Xəstəliklərə nəzarət və profilaktika Milli Mərkəzi ictimailəşdirib.

Təkcə ötən həftə H1N1 virusu 20 nəfərin ölümünə səbəb olub. Bu xəstəliklə bağlı 200 nəfər xəstəxanaya yerləşdirilib. Onların bir çoxu reanimasiya şöbəsində ölümlə çarpışır.

İnfeksion xəstəliklər üzrə mütəxəssis Sotiris Siordas qeyd edib ki, ölkədə qrip xəstəliyinə yoluxma riski bütün yaş kateqoriyalarında durmadan artır. Xəstəxanalarda bu virusa yoluxmuş körpələr və qocalar da var.

Letal sonluq (ölüm), adətən, peyvənd olunmamış insanlarda qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun məlumatına görə, qrip viruslarına yoluxma hallarının çoxalması Avropanın 26 ölkəsində qeydə alınıb.

Fransada noyabr ayından bəri qriplə əlaqədar fəsadlaşmadan mindən çox insan həyatını itirib.

Dünya üzrə ən böyük qrip epidemiyası Yaponiyada qeydə alınıb. Bu ölkədə son aylar ərzində 2,2 milyon nəfər qripə tutulub.скачать dle 11.3
Mojo.az Banner