Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Gürcüstanda uşaqlar arasında virus tüğyan edir - Hər gün azı 100 xəstə

03.01.2020 22:54 1 704
Gürcüstanda uşaqlar arasında virus tüğyan edir - Hər gün azı 100 xəstə
Son vaxtlarda “donuz qripi”ndən qonşu ölkədə 2 nəfər ölüb. Hər iki halda insanlarda xroniki xəstəliklərin olduğu və onların qrip əleyhinə peyvənd edilmədikləri qeyd olunur.

Median.Az
“Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, M.İaşvili adına mərkəzi uşaq xəstəxanasına vurislu infeksiyalarla yoluxanların müraciəti artıb, sutka ərzində buraya azı 100 xəstə daxil olur.

Klinikadan qeyd olunub ki, hazırkı mərhələdə əsasən B tipli virus daha çox yayılıb. O, A tipinə nisbətən daha yüngül keçirilir:

“Dekabrın birinci yarısından etibarən virus infeksiyalarına yoluxanların müraciəti xeyli artıb. Əsasən, laborator müayinələr B tipli virusu aşkarlayır. Biz bütün pasiyentlərə kömək etmək üçün maksimal səy göstəririk, buna da hazırıq. Yerlərimiz də yetərincədir”.
Gürcüstan İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hazırda qrip və qripə bənzər xəstəliklərə yoluxma göstəricisi 100 min nəfərə 312 haldır. Ötən il bu göstərici 100 min nəfərə 277 hal idi.

Yüz min nəfərə 450-500 virusa yoluxma halı qeydə alınanda bu, artıq epidemiya sayılır.

Ötən ilin dekabr-yanvar aylarında Gürcüstanda "donuz qripi" - H1N1 virusu tüğyan edirdi. Həmin virusdan 22 nəfər dünyasını dəyişib.

Son vaxtlarda "donuz qripi"ndən qonşu ölkədə 2 nəfər ölüb. Hər iki halda insanlarda xroniki xəstəliklərin olduğu və onların qrip əleyhinə peyvənd edilmədikləri qeyd olunur.скачать dle 11.3
Mojo.az Banner