Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda 7 ton çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb - VİDEO

08.07.2021 16:01 1 560
Xaçmazda 7 ton çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib.

DİN-dən verilən məlumata görə, Baş İdarəyə Xaçmaz rayonu Nabran qəsəbəsində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal məlumat nəzarətə götürülüb. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri zəruri və təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Nabran qəsəbəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Cavat Cavatov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı Cavat Cavatov tərəfindən kultivasiya edilən yaş kütləsi 7 ton 765 kiloqram olan ümumilikdə 5175 ədəd çətənə kolu və 48 kiloqram 220 qram narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib. Beləliklə Baş İdarənin əməkdaşlarının keçirdiyi sonuncu əməliyyat zamanı çəkisi 7 tondan artıq kultivasiya edilən ümumilikdə 5175 ədəd çətənə kolu və 48 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb.

Aşkar olunan faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxs tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner