Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda başı telefona qarışan avtobus sürücüsü qəza törətdi - VİDEO

07.07.2021 17:13 1 113
Bakıda başı telefona qarışan avtobus sürücüsü qəza törətdi - VİDEO
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda başı telefona qarışan və qəza törədən avtobus sürücüsü ilə bağlı məsələyə münasibət bildirib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir:

“Bununla bağlı “BakuBus” MMC də daxil olmaqla bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir. Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, bu məsələ ilə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib”.

“Videodan da göründüyü kimi sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara səbəb olar. Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər”, - deyə M.Ağayev qeyd edib.

* * * * *

Bakıda “BakuBus”a məxsus iki avtobusun iştirakı ilə baş verən qəzanın görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

Videoda avtobus sürücüsünün başının telefona qarışdığı, ani diqqətsizliyin qəzaya səbəb olduğu görünür.

Qeyd edək ki, iyunun 24-də baş verən qəza zamanı yeddi nəfər xəsarət alıb.

Həmin görüntüləri təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner