Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

OPEC+ razılaşmasına dair şübhələr nefti ucuzlaşdırıb

06.07.2021 21:08 1 251
OPEC+ razılaşmasına dair şübhələr nefti ucuzlaşdırıb
Neft hasilatının artırılması ilə bağlı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında danışıqların nəticəsiz qalmasına aid xəbər dünya bazarında mənfi nəticə doğurub.

“Report” xəbər verir ki, bu gün axşam keçirilən hərraclar zamanı “Brent” markalı neftin sentyabr fyüçersləri 1,94 faiz ucuzlaşaraq 75,66 ABŞ dollarından, “WTI” markalı neftin avqust fyüçersləri isə 0,86 faiz ucuzlaşaraq 74,51 dollardan satılıb. Hərrac zamanı həmin markaların qiyməti müvafiq olaraq 75,45-77,83 dollar və 74,2-76,98 dollar arasında dəyişib.

Ekspertlər arasında qarşıdakı dövrdə neftin 100 dollara və daha baha qiymətə satılacağını düşünənlər var.

Digər tərəfdən isə qiymətlərin ifrat dərəcədə artması nəticəsində tələbatın kəskin azalacağını, bununla da bazardakı qiymətlərin nisbətən normal səviyyəyə qayıdacağını bildirənlər var. Bununla yanaşı, OPEC+ formatının dağılacağını, iştirakçı ölkələrin neft hasilatı və ixracatı məsələlərini özbaşına həll etməyə başlayacağı fikri də irəli sürülür.

İqtisadiyyatın dirçəldiyi bir vaxtda neftin bahalaşmasının kəskin inflyasiyaya səbəb ola biləcəyi, neftə tələbatın səngiyəcəyi də qeyd olunur.

İnkişaf etmiş ölkələrin OPEC+ formatının iştirakçı ölkələrinə qarşı hasilatı artırmaları üçün təzyiqlər göstərəcəyi istisna edilmir.

Son xəbərlər