Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Kasıb da, ortabab da krallara məxsus toy etməməlidir”

06.07.2021 17:24 1 362
“Kasıb da, ortabab da krallara məxsus toy etməməlidir”
"Kasıb da, ortabab yaşayan da krallara məxsus toy etməməlidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında kulturoloq Aydın Xan Əbilov deyib.

O, bildirib ki, toy edənlər çalışmalıdır ki, minimal vəsaitlərlə məclis qursunlar:

"Toy təkcə bir nəfərin nikahı, iki nəsili birləşdirən adət-ənənə deyil. Toy həm də böyük mənada sosial, iqtisadi, mədəni hadisədir. Belə bir hadisə olduğuna görə istər-istəməz onun ətrafında da müxtlif hadisələr baş verə bilər. Toyun iqtisadi tərəfi isə bizi hər zaman maraqlandırır. İllərdir ki, biz islahatlarla bağlı təkliflərimizi verirdik. İsrafçılığın çox olduğunu, 20-dən çox təamın təqdim olunmasına ehtiyac olmadığını qeyd edirik. Buna sərf olunan vəsaiti cəmiyyətin digər problemlərinə sərf etmək daha yaxşı olar.

Kulturoloq qeyd edib ki, pandemiyadan sonra vəziyyət çox dəyişməyib:

"Pandemiya insanları və rəsmi qurumları məcbur etdi ki, toyları bu cəhətdən bir az formata salsınlar. Amma yenə də narazılıqlar var, bildiyiniz kimi, 50 və 150 nəfərlik toylar təklif olunur və bu toylar keçirilən zaman şadlıq evləri məcburdurlar ki, qiymətləri qaldırsınlar. Belə olan halda da sifarişçilər məcburən hər hansı formada bunun qarşılığını verməyə çalışırlar. Bu da yenə də əvvəlki kimi israfçılığa, vəsaitin göyə sovrulmasına səbəb olur. Amma onu da deyim ki, insanlara azadlıq da vermək lazımdır. Elə şəxslər var ki, onların pulu çoxdur, onlara istədiyi kimi toy etməyə şərait yaratmaq lazımdır. Amma hər kəs, yəni kasıbı da, ortababı da krallara məxsus toy etməməlidir. Hər kəs öz yorğanına görə ayağını uzatmalıdır. Çalışmaq lazımdır ki, minimal vəsaitlərlə məclis qursunlar”.скачать dle 11.3
Mojo.az Banner