Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Hacıqabulda sürücü avtomobili aşırdı, anası öldü

03.07.2021 19:46 1 242
Hacıqabulda sürücü avtomobili aşırdı, anası öldü
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 2-də saat 16 radələrində Hacıqabul rayonunun Qızılburun qəsəbəsi ərazisində V.Qaraşov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Hüsniyyə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər