Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qazaxıstana təyinat alıb
Bu barədə Aİ-nin rəsmi saytında məlumat verilib.
Məlumata əsasən, hazırda Aİ-nin Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən Kestutis Yankauskas İttifaqın Qazaxıstandakı nümayəndəliyinin başçısı vəzifəsinə təyin olunub.
Onun daha öncə Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri olduğu bildirilib.
