Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Aİ rəsmisi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında üçtərəfli telefon danışığı oldu

22.07.2020 22:41 1 515
Aİ rəsmisi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında üçtərəfli telefon danışığı oldu
Bu gün Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Komissiya rəhbəri Cozep Borrell ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli telefon danışığı olub.

Bununla bağlı Avropa İttifaqının rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, tərəflər son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını müzakirə ediblər.

C.Borrell həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Müzakirələr zamanı Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikalardan, eləcə də gələcək təhdidlərdən çəkinməyə çağırıb.

Ali nümayəndə tərəfləri atəşkəsə sadiq olduğunu təsdiqləməyə və gərginliyin daha da artmaması üçün təcili tədbirlər görməyə çağırıb. O bildirib ki, bu kontekstdə Ermənistan və Azərbaycan birbaşa ünsiyyət mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidirlər.скачать dle 11.3
Mojo.az Banner