21:19 Qəşəm Nəcəfzadə Audiovizual Şuranın üzvü təyin edildi  |     21:02 Bülbül adına musiqi məktəbində tələbə müəllimin bank kartından oğurluq etdi  |     20:52 Arayikgillə bağlı sübutlar elan olundu  |     20:29 Bu tarixdən Bakıda mənzillər bahalaşacaq  |     20:25 Sağlam söyüd ağaclarını kəsən şəxs saxlanıldı  |     20:23 Tramp Si Cinpinə xahişlə müraciət etdi  |     20:02 Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq  |     20:01 UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi  |     19:45 “Adidas” DÇ-2026 iştirakçılarının yeni formasını təqdim etdi  |     19:39 Bakıda piyada zonaları əsaslı şəkildə genişləndirilir  |     19:37 İsrail Misirlə sərhəddə silah qaçaqmalçılığına qarşı mübarizəni gücləndirir  |     19:25 Sabahın tibbi-meteoroloji PROQNOZU  |     19:19 Tibbdə yeni kəşf: Sızanaq dərmanı beyin xəstəliklərinə qarşı qoruyucu ola bilər  |     19:12 Rusiyada azərbaycanlı qardaşlara 29 il həbs cəzası verildi  |     19:05 Pakistan Əfqanıstana zərbələr endirdi  |     19:00 Prodüser Təranənin cəzası azaldıldı  |     18:53 COP30-la əlaqədar ezamiyyə normaları dəyişdi  |     18:49 Tural Güləhmədova yüksək VƏZİFƏ VERİLDİ  |     18:32 Bakıda eyvanlar arasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video  |     18:21 Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirdi: 31 yaşlı kişi HƏBS EDİLDİ  |    

Məzahir Əfəndiyev: “Qarabağda gedən sürətli bərpa işləri davamlı inkişafın carçısıdır”

Bu, real həqiqətdir ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib.

Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.

O qeyd edib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi:

“Birinci Qarabağ Müharibəsi ölkəmiz üçün ağır itkilərlə nəticələndi. Belə ki, iqtisadi potensialın məhv edilməsi, inkişafın dayanması, eyni zamanda qaçqın və məcburi köçkünlərin sayının artması ölkəmizi böyük humanitar fəlakətin astanasında qoydu.

Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə ordu quruculuğu prosesinin başlanğıcını qoydu. İlk növbədə qanunsuz hərbi dəstələr buraxıldı, silahlı qüvvələr dövlət nəzarətinə alındı, tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdı.

Keçən müddət ərzində Ulu Öndərin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.

Bu dövr ərzində Cənab Prezident 30 ildir həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətinə başladı.

Hazırlıq işlərində iqtisadi amil aparıcı rol oynayıb. İqtisadi müstəqilliyin tam təmin edilməsi məqsədilə çoxvektorlu iqtisadi siyasət, uzun və ortamüddətli kompleks tədbirləri özündə əks etdirən geniş iqtisadi və sosial proqramlar həyata keçirilməklə düzgün və mükəmməl idarəetmə modeli tətbiq edildi. Eyni zamanda şəffaflığın gücləndirilməsinə xidmət edən və fiskal gəlirlərə birbaşa təsir göstərən proqram və layihələr iqtisadiyyatın davamlı inkişafı ilə bağlı prioritet oldu.

Bu baxımdan qürurla qeyd edə bilərik ki, görülən işlərin nəticəsi olaraq bu gün Azərbaycanın xarici borcu ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir, baxmayaraq ki, bir sıra inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Həmçinin diqqətə layiq məqamdır ki, ölkəmizin valyuta ehtiyatları xarici borcumuzu altı dəfə üstələyir. İqtisadi müstəqilliyimizin nümunəsi olaraq keçdiyimiz günlərdə Azərbaycanın Dünya Bankının koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim etdiyi güzəştli kreditdən imtina etməsini də qeyd edə bilərik.

Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günü ilə bağlı etdiyi çıxışda vurğuladığı kimi: “Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır”.

Son 17 il ərzində Azərbaycanın iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı. Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin əyani təsdiqidir.

Bu gün isə Qarabağda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının dünyada və xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcəkdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            762 29.06.21 13:51