Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada bir gündə koronavirusdan ölənlərin sayında antirekord qeydə alınıb

28.06.2021 23:58 864
Moskvada bir gündə koronavirusdan ölənlərin sayında antirekord qeydə alınıb
Moskvada bir gündə koronavirusdan ölənlərin sayında antirekord qeydə alınıb.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, iyunun 27-də Rusiya paytaxtında 124 nəfər koronavirusdan dünyasını dəyişib. Bu pandemiya başlanandan qeydə alınmış ən böyük göstəricidir.

Bir gündə Moskvada 7 246 yeni xəstə aşkarlanıb, 4 433 xəstə sağalıb. Hazırda paytaxtda 175 682 nəfər COVID-19 virusunun törətdiyi xəstəlikdən müalicə alır ki, bu da pandemiya dövrünün ən yüksək göstəricisidir.

Moskva meri Sergey Sobyanin şəhərdə epidemioloji vəziyyəti "olduqca ağır" kimi qiymətləndirib. Onun sözlərinə görə, son həftə ərzində həm virusa yoluxanlar, həm də reanimasiyada müalicə alanlar, eləcə də vəfat edənlərin sayı həddindən çox artıb. Moskvada tətbiq edilən məhdudiyyətlər, o cümlədən restoran və kafelərə QR kodlarla buraxılması kimi tədbirlər nəticəsində peyvənd vurdurmaq istəyənlərin sayında xeyli artım müşahidə olunur.

S.Sobyanin xatırladıb ki, hazırda şəhərdə tüğyan edən yeni koronavirusun "delta" ştamı daha qorxulu və təhlükəlidir. O, şəhər sakinlərini özlərini qorumağa və peyvənd vurdurmağa çağırıb.

Son xəbərlər