Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Virus yenidən tüğyan edir: Azərbaycanı nə gözləyir?

28.06.2021 19:16 687
Virus yenidən tüğyan edir: Azərbaycanı nə gözləyir?
Birləşmiş Ştatlarda və Avropada pandemiya səngidiyi bir vaxtda Rusiyada yeni dalğa vüsət alır. Əhali isə peyvəndlənməyə tərəddüdlə yanaşır.

Cənubi Afrika və Asiya-Sakit okean region ölkələrində isə yüksək yoluxucu delta ştammı ilə əlaqədar qadağalar genişləndirilib, yaxud yenidən bərpa olunub.

İndoneziyada bir günə 21 mindən çox yoluxma aşkarlanıb. Cakarta və digər yerlərdə xəstəxanalar dolub. Malayziya bir aydır qüvvədə olan karantinə yaxın vəziyyəti qeyri-müəyyən müddətə uzadıb

Dünyada vəziyyət belə olduğu halda Azərbaycanda karantin qaydaları yumşaldılır. Artıq iyulun 1-dən ölkəmizdə toy məclislərinin keçirilməsinə icazə veriləcək.

Bəs görəsən, Azərbaycandakı yumşaldılma yoluxma sayına mənfi təsir edə bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan infeksionist, uzman həkim Nazxanım Qasımova bunun peyvəndləmə ilə birbaşa əlaqəsi olduğunu qeyd edib:

“Bu birbaşa peyvəndləmədən asılıdır. Əhalinin böyük hissəsi peyvəndlənib, bir hissəsi də artıq yoluxub sağaldığına görə bu artıq statikstik hesablanır və görünür ki, artıq bundan sonra nə qədər əhalinin yoluxa biləcəyi hesablanır. Çünki kafe və restoranlar açıqdır, mərasimərin keçirilməsində qeyri-adi bir şey yoxdur. Yumşaldılmalar onsuz da müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək, yəni heç nə köhnə qaydada olmayacaq. Digər ölkələrə gəldikdə isə hər bir ölkənin özünün qaydaları fərqlidir. Əhali sayı da burada mühüm rol oynayır. Məsələn, Rusiya əhalisi 100 milyondan çoxdursa, bizdə 10 milyondur. Rusiyada tətbiq olunan vaksin özlərinə məxsusdur. Lakin o koronavirus tərkibli deyil”.

Həkimin sözlərinə görə, yoluxma sayının artmasında ölkələrin düzgün strategiya seçməməsinin də rolu böyükdür:

“Pandemiyanın qarşısını almağın iki yolu vardı: biri öncədən izolyasiya tədbirləriydisə, ikinci vaksinasiya idi. Biz onu uyğun şəkildə etdik. Amma bəzi ölkələrdə buna riayət olunmadı. Hansı ölkə buna uymadısa, onlarda məsələnin aradan qaldırılma müddəti gecikəcək. Məsələn bizdə ticarət mərkəzləri bağlananda onlarda açıq idi, heç vaxt sərt karantin rejimi tətbiq edilməmişdi. Tətbiq etdikləri vaksin özü də bizdə tətbiq olunan vaksindən daha keyfiyyətsizdir. Bəs bütün qadağalar yenidən təkrar oluna bilərmi? Bəli, mümkündür, başqa ştam gələ bilər, hər şey mümkündür, amma hazırda ölkədəki duruma görə qərarlar qəbul olunur. Statistikanın təsiri var. Bu, ölkə daxili məsələdir”.скачать dle 11.3
Mojo.az Banner