Mojo.az Banner
00:09 Bakıda bu evlər söküləcək - Plana düşdü  |     22:57 Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR  |     22:53 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |     22:44 Şəhid mayor Asiman Əliyevin atası vəfat etdi  |     22:31 Kişi arvadını, sonra özünü öldürdü - Lənkəranda DƏHŞƏT  |     22:21 Qonaq getmişdilər, evləri yandı  |     22:14 Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlər SÖKÜLƏCƏK  |     22:09 Şəkidə həyətdən qadın meyiti tapıldı  |     22:00 Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun  |     21:55 Ölkənin ən gənc generalları ONLARDIR  |     21:46 Yağış, qar yağacaq, güclü külək əsəcək  |     21:45 Tramp qlobal idxal rüsumlarını 10 faizdən 15 faizədək artırdı  |     21:31 Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək  |     21:29 Amsterdamın mərkəzi meydanında "Xocalıya ədalət" aksiyası keçirilib  |     21:24 Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında  |     21:20 Gəncədə iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı  |     20:58 Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər  |     20:40 Cəlilabadda ev yandı  |     20:35 Ramazan ayının dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     20:10 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |    
Left Banner
Right Banner

Zakir Həsənov Şuşa əməliyyatı barədə: “Aviasiya və artilleriyadan istifadə etmədik”

26.06.2021 17:13 1 347
Zakir Həsənov Şuşa əməliyyatı barədə: “Aviasiya və artilleriyadan istifadə etmədik”
Şuşa əməliyyatı barədə hər şeyi danışmaq olmaz. Bu əməliyyat bugünə qədər də məxfidir.

Bu sözləri “REAL TV”yə müsahibəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyev Şuşa əməliyyatına dair bir sıra ciddi tapşırıqlar vermişdi:

“Verilən tapşırıqlardan birini demək istəyirəm. Prezident xüsusilə tapşırdı ki, keçiriləcək əməliyyatlarda nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Yəni, burada bizim çətinliklərimiz var idi, biz artilleriyadan güclü istifadə edə bilmədik. Həmən ərəfədə hava da buludlu oldu. Şuşa əməliyyatı zamanı biz pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik, kəşfiyyatın aparılmasında da çətinliklər yaranırdı. Təyyarə və helikopterlərimizdən də istifadə edə bilmədik. Biz aviasiya və artilleriya ilə Şuşa ətrafındakı əraziləri işlədik necə lazımdır, Ermənistan qoşunlarını artilleriya ilə darmadağın etdik. Onlar çox ciddi itki verdilər. İnternetdə şəkillər var, səpələniblər Laçın dəhlizi boyu.

Şuşa əməliyyatında bütün qoşun növlərinin yüksək peşəkarlığını gördüm. Mən mətbuatda istehkam mühəndis qoşunlarının adlarının çəkildiyini görmədim. İstərdim onların da adı çəkilsin. Onlar qısa bir müddətdə inanılmaz iş görüb, yol çəkdilər. Bu yol ermənilər üçün şok oldu. Ermənilər bizim Şuşaya əsas hücum istiqamətimizi başqa yoldan gözləyirdilər deyə, güclərini başqa yerdə cəmləmişdilər.

Daha sonra bizim qəhrəman topçularımızın işini qiymətləndirirəm. Təcrübəli mütəxəssislər bizim topçuların atışına baxıb “tapança kimi vururlar” deyiblər. Topla 30-60 km məsafəni dəqiq vururlar.

Şuşa əməliyyatında kəşfiyyat, həmlə birlikləri və elitar qoşunlarımız hesab olunan xüsusi təyinatlılar bu əməliyyatda iştirak ediblər. Bu gün də Şuşa əməliyyatının təşkili barədə maraqlanırlar, lakin bu gizli məlumat olaraq qalacaq”скачать dle 11.3
Mojo.az Banner