Mojo.az Banner
18:59 Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib  |     18:52 Bakıda atasına cavab qaytaran qız döyüldü  |     18:38 Azərbaycanda bu məşhur veriliş yenidən başlayır  |     18:25 Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ  |     18:23 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:10 “Toyota”nın keçmiş direktoru vəfat etdi  |     17:59 İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb  |     17:51 Gürcüstan iki önəmli şəxsi Türkiyəyə təhvil verdi  |     17:50 İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanıldı  |     17:29 Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA  |     17:05 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:50 Azərbaycanlı iş adamının sifarişli qətli ilə bağlı bir nəfər ölkəmizə ekstradisiya edildi  |     16:40 Sabah ölkənin dörd rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     16:13 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın!  |     16:08 2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhər məlum oldu  |     16:07 Bəzi rayonlarda şimal-qərb küləyi gözlənilir - XƏBƏRDARLIQ  |     15:25 FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət etdi  |     15:22 Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub  |     15:19 Taksi istifadəçilərini yeni qaydalar gözləyir – Qiymətlər bahalaşacaq  |     15:15 Kirayə evlər bahalaşır – Tələbələr üçün son qiymətlər  |    
Left Banner
Right Banner

Zakir Həsənov Şuşa və Laçındakı birliklərə yeni tapşırıqlar verdi

07.04.2021 19:49 1 896
Zakir Həsənov Şuşa və Laçındakı birliklərə yeni tapşırıqlar verdi
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Z.Həsənov Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.

Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Z.Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.

Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.скачать dle 11.3
Mojo.az Banner