Mojo.az Banner
11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Səbail rayonunda yerləşən quru otlaq sahələrində iməcilik aksiyası keçirilir

24.06.2021 20:00 1 146
Səbail rayonunda yerləşən quru otlaq sahələrində iməcilik aksiyası keçirilir
Səbail rayonunda aparılan quruculuq və abadlıq işləri çərçivəsində otlaq sahələrində yanğınların baş verməsinin qarşısının alınması ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir.

Belə ki, bu günlərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail Rayon Mənzil-Komunnal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, Bələdiyyələrin əməkdaşları və könüllülər tərəfindən rayon ərazisində yerləşən 9 min kv.m-dən artıq otlaq sahəsində iməcilik aksiyası keçirilib.

Qeyd olunan sahələr məişət və sənaye tullantılarından təmizlənmiş, vətəndaşlarla maarifləndirmə işləri aparılmışdır. Bildiririk ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti orqanlarla birlikdə təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və yaşıllıqları qorumağa çağırırıq.
скачать dle 11.3
Mojo.az Banner