Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı |
Mojo.az Avto
Mojo.az Avto

Hərbi Dəniz Qüvvələrinin komandanı təlimlərin məqsədindən danışdı

22.06.2021 11:49 2 133
Hərbi Dəniz Qüvvələrinin komandanı təlimlərin məqsədindən danışdı
“Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi 2021-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycanın ərazi sularında ölkənin hərbi, siyasi, iqtisadi maraqlarına yönəlmiş təhdidlərinin qarşısının alınması Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində enerji infrastrukturlarının müdafiəsi, mühafizəsi, bununla yanaşı sualtı neft-qaz boru xətlərinin monitorinqinin təşkil olunması məqsədi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən bu gündən etibarən təlimlər keçirilir”.

Bunu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təlimlərdə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstələri, döyüş təminatı gəmiləri, təminedici gəmilər dəstəsi edəcək:

“Təlimin əsas məqsədi gəmi taktiki qruplarının müxtəlif şəraitlərdə döyüş hazırlığının fəaliyyətlərinin təşkil olunması, birgə əməliyyat planlarının işlənilməsi, şəxsiyyətin dəniz vərdişlərinin təkmilləşdirilməsi, gəmi taktiki qruplarının və gəmilərin tək-tək döyüş hazırlığının və onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasını və bir neçə tədbirlər həyata keçiriləcək”.

Sübhan Bəkirovun sözlərinə görə, bu gündən başlanılan Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə taktiki təlimlərində 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və kater, 2 helikopter iştirak edəcək:

“Təlimlər üç mərhələdən ibarət olacaq. Əsas birinci mərhələdə komanda məntəqənin gəmidə yaradılması, gəmilərin əsas baza məntəqəsindən çıxışı, patrullama əməliyyatları həyata keçirmə, ikinci mərhələdə əsas döyüş tapşırıqlarının yerinə yetirilməsi, suüstü hədəflərin, minaların vurulması və digər tapşırıqlar həyata keçiriləcək. Üçüncü mərhələdə isə əsas qəzaya uğramış gəminin xilas edilməsi, terrorçular tərəfindən zəbt edilmiş gəminin xilas edilməsi və s. tapşırıqlar olacaq”.

Qeyd edək ki, təlimlər 22-23 iyun tarixlərini əhatə edəcək.

Son xəbərlər