Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı hazırlanıb

18.06.2021 19:00 1 263
Azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı hazırlanıb
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda xüsusi olaraq qeyd edildi ki, işğaldan azad edilmiş ərazilərin müasir çagırışlar nəzərə alınaraq və ən yeni texnologiyalar tətbiq edilməklə kompleks bərpası məqsədilə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ümumi kurs, imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar əsas götürülərək nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə əhəmiyyətli layihələr icra edilməkdədir.

Belə ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına qısa müddətdə reinteqrasiyası baxımından ərazi daxilində, eləcə də ərazi ilə digər regionlar arasında beynəlxalq standartlara cavab verən nəqliyyat infrastrukturu qurmaqla kommunikasiyaların bərpası, bu sahədə regional əməkdaşlığın genişləndirilməsi və bölgənin tranzit potensialının gücləndirilməsi olduqca vacibdir.

Bu məqsədlə həmin ərazilərdə işğala qədər mövcud olmuş avtomobil və dəmir yollarının, eləcə də hava limanlarının bərpa edilməsi və tələbata uyğun olaraq yenilərinin tikintisi üzrə hazırda icra edilən prioritet layihələr üzrə aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verilib, layihələrin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

İclasda həmçinin qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin ölkənin vahid informasiya-kommunikasiya məkanına hərtərəfli inteqrasiyası üçün magistral və lokal telekommunikasiya şəbəkələrinin tikilməsi və alternativlik təmin edilməklə respublikanın ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, müasir tələblərə uyğun mobil və sabit telekommunikasiya şəbəkələrinin qurulması, orada yaşayacaq və fəaliyyət göstərəcək əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar əsasında keyfiyyətli və fasiləsiz telefon, internet, radio-televiziya yayımı, poçt-maliyyə və s. xidmətlərinin təşkil edilməsi, efirə radionəzarətin və efir məkanının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək. Bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı” hazırlanıb, aidiyyəti İşçi Qrupların, eləcə də qurumların rəyləri nəzərə alınaraq İdarələrarası Mərkəzə təqdim edilib və müvafiq qaydada icraya götürülüb.

İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Son xəbərlər