Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Mahir Emrelidən Türkiyə millisinin məğlubiyyətinə reaksiya

17.06.2021 18:45 1 794
Mahir Emrelidən Türkiyə millisinin məğlubiyyətinə reaksiya
Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun televiziyasına açıqlama verib.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu Avropa çempionatının Bakıda keçirilmiş Türkiyə - Uels oyunundan danışıb.

Emreli həmin vaxt matçın hesabını izlədiyini də bildirib: "Hazırda 60-cı dəqiqədədir və Türkiyə 0:1 hesabı ilə məğlub olur. Bu nəticəni eşidəndə pis oldum. İnanıram ki, Burak Yılmaz iki qol vuracaq və Mahir Emreliyə həsr edəcək (gülür)".

Forvard daha sonra klubun operatoruna zarafatca "Siz nə vaxt çəkilişi dayandıracaqsınız" sualını verib. Daha sonra isə "Məncə, kamera məni sevir" ifadəsini işlədib. O, öz komandasında UEFA Çempionlar Liqasında uğurlar arzulayıb: "Əslində hər zaman deməyə sözüm olur. Sadəcə, indi nə danışacağımı bilmirəm. Məşqdən yenicə çıxmışam, bir az yorğunam".

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. "Legiya" Çempionlar Liqasının I təsnifat mərhələsində Norveçin “Bude Qlimt” komandası ilə üz-üzə gələcək. I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.скачать dle 11.3
Mojo.az Banner