Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

II Elizabet taxtdan imtina səbəblərini müzakirə edib

15.06.2021 12:06 1 626
II Elizabet taxtdan imtina səbəblərini müzakirə edib
Böyük Britaniya kraliçası II Elizabet əmisi qızı Marqaret Rodosla krallıq səlahiyyətlərindən imtina etmə ehtimalını müzakirə edib.

“Daily Star”ın məlumatına görə, bu barədə bioqraf Metyu Dennison açıqlama verib.

Bildirilir ki, kraliça qohumuna yazdığı məktubda ancaq iki halda taxtı tərk edəcəyini bildirib.

“II Elizabet insult keçirəcəyi və ya Altsheymer xəstəliyinə tutulacağı halda taxtından imtina etməyə hazırdır”, - deyə Denisson bildirib.

Bioqraf bununla belə, kraliçanın ömrü boyu səlahiyyətlərini yerinə yetirəcəyinə əmin olduğunu da vurğulayıb. Digər mütəxəssislər də onun mövqeyini bölüşürlər.

Son xəbərlər