Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda pandemiya nə vaxt bitəcək? - Deputatdan açıqlama

07.06.2021 13:41 762
Azərbaycanda pandemiya nə vaxt bitəcək? - Deputatdan açıqlama
"Bir aya normal həyata dönə bilərik, Azərbaycanda pandemiyanın sonu ola bilər”.

Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

O, qeyd edib ki, hər şey insanların məsuliyyətindən asılıdır:

"Çox yaxşı haldır ki, ölkəmizdə yoluxmanın sayı sürətlə azalır və sağalma artır. Görünən odur ki, insanlarımız pandemiyanın verdiyi ağır nəticələrin fərqindədir. Hər bir vətəndaşımız normal həyat üçün darıxıb. Bunun üçün də qaydalara əməl edirlər. Əsas odur ki, vaksinləşmə prosesi sürətlə davam edir. Bu proses tamamilə sona çatdıqdan sonra artıq Azərbaycanda pandemiyanın sonu ola bilər. Bundan sonra da insanlar normal həyata dönəcək, uzun müddətdir toy arzusunda olanlar xoşbəxtliyə qovuşacaq. Mənə elə gəlir ki, belə davam edərsə, bir aya normal həyata dönə bilərik. Bu da ən əsası insanların məsuliyyətindən asılıdır”.


Fəzail Ağamalı onu da qeyd edib ki, insanlar bu vəziyyətdən yorulublar:

"İnsanlar evdə oturmaqdan yorulublar. Hamı toy, şənlik görmək istəyir. Bu, başadüşüləndir. Bir daha təkrar edirəm bu bizim özümüzdən daha çox asılıdır. Biz istəyiriksə normal həyata tez dönək, qapalı məkanlarda tibbi maskalardan istifadə etməli və sürətli vaksinasiya olunmalıyıq”.скачать dle 11.3
Mojo.az Banner