Mojo.az Banner
19:30 Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edildi  |     19:24 Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxs saxlanıldı - Video  |     19:15 Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ  |     19:10 Oçoa karyerasını bitirdi  |     19:02 Qanunsuz çıxarılan 57 nəfər əvvəlki işinə bərpa edildi  |     18:57 Milli Qəhrəman Gültəkin Əsgərovanın bacısı vəfat etdi  |     18:49 Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı  |     18:44 Ukrayna pilotsuz qayıqların istehsalına başlanılır  |     18:29 "Onu bu dəfə meydanda görəcəksiniz" - Qurban Qurbanov  |     18:19 Ronaldonun bacısının əri xoruz döyüşlərinin təşkilində şübhəli bilinir  |     18:11 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunublar  |     18:04 Bakıda bəzi tibb işçilərinin maaşlarına əlavənin verilmə MÜDDƏTİ UZADILDI  |     17:58 Karapetyanın deputat toxunulmazlığı ləğv edildi  |     17:41 Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi  |     17:07 Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq  |     17:01 "Bibi Heybət"in imamının diplomu tanınmadı  |     17:00 Lənkəranda avtomobil yol kənarındakı satıcını vurub öldürdü  |     16:24 Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?  |     16:13 Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama  |     16:06 Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək  |    
Left Banner
Right Banner

Dünya çempionatı: Daha üç cüdoçumuz mübarizəyə başlayır

07.06.2021 12:05 1 839
Dünya çempionatı: Daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha üç cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi -66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (-52 kq) tatami üzərinə çıxacaq.

Şıxəlizadənin ilk rəqibi Lusian Dumitresku (Rumıniya) olacaq. Səfərov isə mübarizəyə İrlandiya təmsilçisi Naton Börnsə qarşı görüşlə start verəcək.

Məmmədəliyeva isə ilk qarşılaşmasında Tatyana Levitskaya-Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.скачать dle 11.3
Mojo.az Banner