Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qırğızıstan-Tacikistan sərhədində xüsusi təyinatlıların olduğu helikopter qəzaya uğradı

04.06.2021 18:32 840
Qırğızıstan-Tacikistan sərhədində xüsusi təyinatlıların olduğu helikopter qəzaya uğradı
Qırğızıstanın Oş vilayətinin Alay rayonunda, Tacikistanla münaqişə zonasına yaxın ərazidə “Mi-8” hərbi helikopteri qəzaya uğrayıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, təyyarə Çon-Alay bölgəsinin sərhəd zonasına gedib və naməlum səbəbdən Kiçi-Alay vadisində qəza enişi edib.

Göyərtədə ekipajdan əlavə “Alfa” xüsusi təyinatlı bölməsinin əməkdaşlarının olduğu deyilir. Qəzada bir neçə nəfərin yaralandığı məlumdur.

Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən kəskinləşib.

Son xəbərlər