Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərpoçt” və “Azexport" elektron Anlaşma Memorandumu imzalayıb

01.06.2021 19:51 1 344
“Azərpoçt” və “Azexport
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı arasında elektron Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, imzalanma mərasimi nazirlik yanında Məlumat Hesablama Mərkəzinin (MHM) "Elektron imza" sertifikatından istifadə etməklə baş tutub və dövlət qurumları arasında ilk belə nümunədir.

Mərasimdən əvvəl tərəflərin birgə fəaliyyət istiqamətləri üzrə görülən işlər və perspektivlər müzakirə olunub.

“Azexport"un rəhbəri Ayxan Qədəşov koronovirus pandemiyasının yol açdığı çağırışların rəqəmsallaşmanın daha da dərinləşməsi ilə nəticələndiyini, sözügedən memorandumunun da bunun təzahürü olduğunu qeyd edib: “Memorandumu imzalamaqda əsas məqsədimiz ticarət dövriyyəsini artırmaqdan ibarətdir. İstəyirik ki, birgə təlimlər təşkil edək”.

“Azərpoçt”un İnkişaf departamentinin direktoru Anar Məcidov və MHM-in Marketinq və satış şöbəsinin müdiri Ceyhun Məmmədov çıxış edərək mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə dair təkliflərini bildiriblər.

Daha sonra tərəflər arasında Azərbaycanda “B2B”, “B2C” və “C2C” seqmenti üzrə qeyri-neft məhsullarının ixracının artırılması, fərdi sahibkarlar və startaplar arasında nağdsız ödəniş və elektron ticarət vərdişlərinin stimullaşdırılması məqsədilə elektron Anlaşma Memorandumu imzalanıb. Sənədi “Azərpoçt”un baş direktorunun müavini Xəyyam Əlizadə və A.Qədəşov imzalayıb.

Son xəbərlər