Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Windows 10” sisteminin yeni versiyası təqdim edilib

27.05.2021 21:32 1 155
“Windows 10” sisteminin yeni versiyası təqdim edilib
"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin yeni versiyasını buraxıb. Bu barədə korporasiyanın saytındakı bloqda deyilir.

Median.Az
ictnews.az-a istinadən bildirir ki, əməliyyat sisteminin təqdim edilən versiyası "21H1" və ya "May 2021 Update" adlanır. Yeni əməliyyat sistemi çoxlu yeni funksiyaların mövcudluğu ilə fərqlənməsə də, şirkət nümayəndələrinin sözlərinə görə, mühəndislər tərəfindən ciddi işlər görülüb. "21H1" yeniləməsinin məhsuldarlığı və təhlükəsizliyi təkmilləşdirilib və bu səbəbdən onun quraşdırılması tövsiyə edilir.

Həmçinin qeyd olunur ki, "Windows 10" sisteminin "21H1" versiyasının quraşdırılmasının rəvan və insidentsiz başa çatması üçün ondan istifadə məhdudlaşdırılıb. Bundan əlavə, istifadəçilərə kompüterin əməliyyat sisteminin yeni versiyası üçün uyğunluğunu yoxlamaq tövsiyə olunur.

Yeniləməni fərdi kompüterə quraşdırmaq üçün "Windows yeniləmə mərkəzi"nə daxil olaraq "Yeniləmələrin mövcudluğunu yoxla" düyməsinə basmaq lazımdır. Əməliyyat sistemi mövcud olduğu təqdirdə "Yüklə və quraşdır" funksiyasını seçmək tələb olunur. Məhsulun quraşdırılması müəyyən vaxt aparacaq.скачать dle 11.3
Mojo.az Banner