Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Ali Məhkəmənin yeni hakimi and içdi

25.05.2021 18:48 852
Ali Məhkəmənin yeni hakimi and içdi
Mayın 25-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib.

Ali Məhkəmədən "Report"a verilən məlumata görə, Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair və kassasiya instansiya məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə baxılması, o cümlədən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığının həllinə dair məhkəmə tərkiblərinin yenidən təşkili ilə əlaqədar məsələ müzakirə olunmuş və qərar qəbul edilib.

Plenumda “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən Ali Məhkəmənin hakimləri sırasından Hakimlərin Seçki Komitəsinə namizədlərin təklif olunması ilə əlaqədar məsələ müzakirə olunmuş və müvafiq qərar qəbul edilib.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Kərimov Səyyad Əli oğlu "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Bununla da Plenum öz işinə yekun vurub.

Son xəbərlər