23:01 Binalarda parklanma yerləri almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq  |     22:56 Türkiyədə azərbaycanlı fəhlələr inşaat zamanı xəsarət alıblar, ölən var  |     22:50 Məşhurların ən bahalı avtomobilləri  |     22:42 “TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib  |     22:36 Braziliyada narkotik satanlara qarşı əməliyyatlarda 132 nəfər öldürülüb  |     22:29 Bakıda bu mənzillərin qiyməti ucuzlaşdı  |     22:28 Süni intellektə kobud davranmaq alınan cavabların dəqiqliyinə necə təsir edir?  |     22:27 Prokuror Tağı İbrahimova ağır cəza istədi  |     22:27 DGK-nın yarım milyon manatlıq avadanlıq aldığı şirkət kimindir?  |     22:26 Sərxoş halda polis idarəsinin hasarını aşdı, həbs edildi  |     22:24 Direktorların vatsap qrupunda qalmaqal  |     22:18 İranda qalmaqal: Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi  |     22:08 "Qarabağ"ın "Çelsi" ilə oyununa satılan biletlərin sayı açıqlanıb  |     21:53 Bakıda restoranda qadınlara söz atan şəxs həbs edildi  |     21:44 Ermənistanda hərbi xidmət müddəti azaldıla bilər  |     21:31 İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq  |     21:21 Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı  |     21:15 Binə qəsəbəsində yol PROBLEMİ: "Nə taksi, nə də təcili yardım gəlir" - Video  |     21:04 "Barselona"nın yarımmüdafiəçiəsi Pedri bir neçə həftəlik sıradan çıxıb  |     20:28 Ukrayna səfiri Azərbaycana təşəkkür etdi  |    

Ali Məhkəmənin yaradılmasından 101 il ötür Bizim WhatsApp

Azərbaycan Ali Məhkəməsinin yaradılmasından 101 il ötür.

Median.Az xatırladır ki, Ali Məhkəmənin yaradılması haqqında 1923-cü il fevral ayının 13-də qərar qəbul edilib və qurum mart ayının 1-dən fəaliyyətə başlayıb.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1922-ci il 9 dekabrda keçirilən 2-ci sessiyasında “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında Əsasnamə” qəbul olunub. Azərbaycan SSR MİK Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli 8 saylı qərar qəbul edib.

Bu qərarda Azərbaycan Ali Məhkəməsinin 1923-cü il martın 1-dən fəaliyyətə başlaması müəyyənləşib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması günü məhz fevralın 13-ü ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq, Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır.

Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir.

Ali Məhkəmə paytaxt Bakıda təşkil edilib, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 935 13.02.24 11:30