Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da Kapitoliyə hücumdan sonra 70-dən çox polis əməkdaşı işdən çıxıb

22.05.2021 22:24 1 098
ABŞ-da Kapitoliyə hücumdan sonra 70-dən çox polis əməkdaşı işdən çıxıb
Bu ilin 6 yanvarında ABŞ-da sabiq prezident Donald Trampın tərəfdarlarının Kapitolidəki qarışıqlıqlarından sonra 70-dən çox polis əməkdaşı işdən çıxıb.

Bu barədə polisin həmkarlar ittifaqına istinadən “Politico” nəşri bildirib.

Kapitoli polisinin Həmkarlar İttifaqının sədri Qus Papatanasiu bildirib ki, daha uzun saatlı iş günləri və yanvar, aprel hadisələrinin travmatik nəticələri ilə üzləşən polislər ruhdan düşüblər və vəziyyətdən çıxış yolu axtarırlar.

Yanvarın 6-da Birləşmiş Ştatların həmin vaxtdakı prezidenti Donald Trampın tərəfdarları Kapitolidə dağıntılar törədib və prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olub. Rəsmi məlumata görə, qarışıqlıqlar zamanı 5 nəfər həlak olub.

Aprelin əvvələrində isə naməlum sürücü Kapitoli ərazisinə yaxınlaşıb. O, avtomobillə 2 polis əməkdaşını vurub və maşını hasara çırpıb. Naməlum şəxs sonra polis əməkdaşlarına hücum edib. Asayiş keşikçiləri ona atəş açaraq yaralayıblar. Cinayətkar xəstəxanaya aparılıb, lakin orada dünyasını dəyişib.

Son xəbərlər