Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Sükan arxasında “TikTok” çəkən sürücü işdən azad edilib - VİDEO

17.05.2021 16:20 1 116
Sükan arxasında “TikTok” çəkən sürücü işdən azad edilib - VİDEO
Ötən gün sükan arxasında video çəkən sürücü ilə bağlı məlumat vermişdik. Sözügedən hadisənin 525 saylı sərnişin avtobusunda lentə alındığı və rəsmi olaraq sürücünün işdən azad edildiyi bildirilib.

Bu barədə Oxu.Az-a 525 saylı marşrut xətti üzrə daşıyıcı şirkətin rəhbəri Rövşən Salamov bildirib ki, həmin işçi şiddətli töhmət alıb və işdən azad edilib:

“Avtobusda qeydə alınan videogörüntülər mayın 15-nə aiddir. Bildiyiniz kimi ayın 16-sı ictimai nəqliyyat fəaliyyətə başlayacaqdı. Bu məqsədlə avtobuslar dezinfeksiya edilirdi. Həmin sürücü avtobusu qarajın yaxınlığında olan avtoyuma məntəqəsinə aparıb. Həmin gün avtobusda sərnişin olmayıb. Sürücü və iki nəfər texniki işçi olub. Videogörüntülərdə pulların düzülməsi məsələsi isə sabah üçün hazırlıq olub. Məsələ ilə bağlı dərhal tədbir görülüb və sürücü işdən azad edilib”.скачать dle 11.3
Mojo.az Banner