Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hər dördüncü ölkə qlobal istiləşməyə məğlub olacaq

14.05.2021 12:00 966
Hər dördüncü ölkə qlobal istiləşməyə məğlub olacaq
Dünya şəhərlərinin dörddə biri qəfil iqlim fəlakətindən xilas ola bilməyəcək.

Bu barədə “The Guardian” Carbon Disclosure Project (CDP) araşdırmasına istinadla xəbər yayıb.

Məlumata görə, mütəxəssislər dünya şəhərlərinin qlobal istiləşməyə hazırlığını yoxlayıblar və bu məqsədlə 800 yaşayış məntəqəsində araşdırma aparılıb. Bunlardan 43 faizinidə (ümumi əhalisi 400 milyon) iqlim dəyişikliyindən gələn təhdidlərlə mübarizə planı olmayıb.

İngiltərənin Sautend, Braziliyanın Rio-de-Jeneyro və ABŞ-ın Kolumbus şəhərləri də daxil olmaqla şəhərlərin 25 faizi ətraf mühit proqramlarının maliyyələşdirilməsində defisit yaşayır.

Araşdırmada o da bildirilir ki, bəzi ölkələr ətraf mühitə mənfi təsirləri azaltmaq üçün dəstəkləyici tədbirlər görməyə çalışırlar. Binaların damlarına günəş panelləri quraşdırılır, parkların sayı artırılır. London, Bristol, Los-Anseles və Afina bunun yaxşı nümunəsidir. Yunanıstanın paytaxtında sakinlər küçələri sərinlətmək üçün evlərinin damlarını yaşıllaşdırırlar.

Qeyd edək ki, qlobal istiləşmə ilə mübarizə üçün 2015-ci ildə 186 ölkə və Aİ Paris İqlim Sazişini imzalayıb. Azərbaycan Respublikası bu Sazişi 2016-cı ilin aprel ayında imzalayıb və həmin ilin oktyabr ayında ratifikasiya edib. Sazişə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini Konvensiya Katibliyinə təqdim edib və qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb.

Son xəbərlər