Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Kəlbəcərə gedən bütün yolların minalanması əmrini kim vermişdi? - VİDEO

12.05.2021 13:42 945
Kəlbəcərə gedən bütün yolların minalanması əmrini kim vermişdi? - VİDEO
Qarabağ münaqişəsi həll olunduqdan sonra işğaldan azad edilmiş ərazilərdə ən böyük təhlükə minalardır.

Mina partlayışına məruz qalan şəxsin ölmək təhlükəsi, ən yaxşı halda isə ömürlük əlil qalmaq riski var.

Rəsmi açıqlamaya görə, Qarabağda müharibə bitdikdən sonra işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub, 85 vətəndaş isə yaralanıb.

Ərazilərin minalardan təmizlənməsi üçün intensiv işlər aparılır, lakin ortaya çətinliklər də çıxır.

Ümumiyyətlə ərazilərin minalardan təmizlənməsi üçün bütün müvafiq resurslar cəlb olunsa da, bizdən asılı olmayan səbəblərdən proses uzun çəkir.

Problemi dərinləşdirən məsələlərdən biri də Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsidir.

Minalar işğal müddətində daha çox ermənilərin yaratdığı müdafiə xətlərində basdırılmışdı. Ancaq keçmiş təmas xəttindən xeyli uzaqda da minalar var, bunula bağlı hər gün yeni faktlarla qarşılaşırıq.

Məsələn, bu yaxınlarda Kəlbəcərdə qar əriyəndən sonra xeyli sayda mina üzə çıxdı.

Mina təhlükəsinin miqyasının coğrafi baxımdan da geniş əraziləri əhatə etdiyini söyləmək olar.

Ermənistanın Kəlbəcərdə minalar basdırması ilə bağlı rəsmi açıqlamanın tarixi 2014-cü ilə gedib çıxır. Ermənistan rəsmi şəkildə bəyan etmişdi ki, Kəlbcərə gedən bütün yollar minalanıb.

Bu barədə o zamankı Müdafiə naziri Seyran Ohanyan göstəriş vermişdi.

Ermənistan bu addımını Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənovun (mərhum) Kəlbəcərə səfər etməsi ilə əlaqələndirirdi.

Bir sözlə, üç azərbaycanlının öz-dədə baba yurdlarına getməsi Ermənistanı əməlli-başlı qorxuya salmışdı və Kəlbəcər gedən bütün yolların minalanmasını aşkar şəkildə bəyan edirdilər.

Bu ilin mayında isə Kəlbəcərdə qar əridikdən sonra minaların ortaya çıxması iki versiyanı önə çıxarır: Ya həmin minalar işğal müddətində basdırılıb, ya da erməni qoşunları Kəlbəcəri tərk edərkən bizə “miras” qoyublar.

İndi vətəndaşlar qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd etmək barədə düşünməsələr yaxşıdır. Çünki mina hər yerdədir və hər an partlayışın qurbanı ola bilərlər.скачать dle 11.3
Mojo.az Banner