Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

COVID-19-un kimlərdə ağırlaşma riski yüksəkdir? - AÇIQLAMA

10.05.2021 23:56 1 242
COVID-19-un kimlərdə ağırlaşma riski yüksəkdir? - AÇIQLAMA
Alimlər yalnız kök insanların deyil, həm də az çəkinin xəstəliyin ağır gedişi riskini artırdığına dair nəticəyə gəlib.

Yeddi milyon ingilisin tibbi məlumatlarına əsaslanan araşdırmalarının nəticələri "Lancet Diabetes & Endocrinology"də dərc edilib.

İlkin nəticələr bədən kütlə indeksi (BKİ) 23-dən yuxarı olan insanlarda ağırlaşma riskinin artdığını göstərib. Bundan əlavə, BKİ artımı ilə xəstəxanaya yerləşdirmə riski orta hesabla 5 %, reanimasiya şöbəsində olma ehtimalı isə 10 % artır. Və bu, 2-ci növ diabet də daxil olmaqla digər ağırlaşdırıcı amillərdən asılı deyil.

Eyni zamanda, artıq çəki 19 ilə 29 yaş arasındakı gənclərdə xəstəliyin gedişatına daha güclü təsir göstərir, lakin 60 yaşdan yuxarı xəstələrdə çəki demək olar ki, heç bir rol oynamır.

Bu nəticələrdən sonra alimlər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirmə riskindəki artım miqyasını müxtəlif yaş qruplarındakı BKİ ilə təsvir etməyə qərar verdilər: 20-39 yaş - 9%, 40-59 -% 8, 60-79 - 4%, 80-dən yuxarı - 1 %.

"Araşdırmamız göstərir ki, çox aşağı artıq çəki də COVID-19-un ağırlaşma riskinin artması ilə əlaqədardır və BKİ artdıqca risklər kəskin şəkildə artır", - məqalədə deyilir.

İkinci maraqlı məqam BKİ-nin aşağı olduğu insanların da risk altında olmasıdır. Odur ki, COVID-19-un ağırlaşmalarından qorunmaq üçün müəlliflər artıq çəkidən qurtulmağa çağırırlar, ancaq özünüzü tükəndirməyin.

Son xəbərlər