Mojo.az Banner
23:01 Ceki Çan Bakıda fanatlarını belə salamladı (Video)  |     22:55 Bloqer canlı yayımda öldürüldü  |     22:47 Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir  |     22:38 Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB  |     22:33 Bakıda Mirtağı məscidində baş verən yanğın söndürülüb  |     22:30 Paşinyan Trampın Azərbaycan-Ermənistan sülhündəki rolundan danışdı  |     22:29 Daha üç küçədə təmir işlərinə başlanılır  |     22:27 Ukraynada raket çatışmazlığı: Zelenski siyasi səbəbdən şübhələnir  |     22:13 Bakıda məscid yanır  |     22:04 Gəncədə ağır qəza: Dörd yaşlı qız da xəsarət aldı  |     21:54 Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq  |     21:53 Bakıda məşhur ticarət mərkəzində FACİƏ  |     21:52 MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişib  |     21:47 Mal əti bahalaşıb - VİDEO  |     21:00 Marsda nə vaxtsa həyat olub? - YENİ NƏTİCƏ  |     20:53 Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?  |     20:45 Bakının kirayə bazarında yeni dalğa - Ev axtaranlara xəbərdarlıq  |     20:40 Su pulunu azaltmaq üçün bunu edin – Detallar  |     20:31 "Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB  |     20:24 "Android"dən tətbiqi silmək bütün məlumatların silinməsi demək deyilmiş  |    
Left Banner
Right Banner

Baş nazir: “AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirmişdi”

08.05.2021 16:03 1 323
Baş nazir: “AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirmişdi”
“1993-cü ilin yayı ərəfəsində Azərbaycanda mövcud ictimai-siyasi, iqtisadi, hərbi böhran son həddə çatmışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Xalq vahimə və təşviş içində idi və ovaxtkı iqtidara inamını tamamilə itirmişdi. AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirib çıxarmış, iyunun əvvəllərindən etibarən cərəyan edən hadisələr nəticəsində Azərbaycanda qardaş qanı axıdılmış, faktiki olaraq vətəndaş müharibəsi başlanmışdı”.

Bu sözləri Baş nazir Əli Əsədov “Azərbaycan” qəzetindəki məqalədə qeyd edib.

Ə.Əsədov bildirib ki, belə bir ağır vəziyyətdə xalq yenə də imdad üçün Heydər Əliyevə üz tutdu:

“Xalqın müxtəlif təbəqələrinin saysız-hesabsız müraciəti, təkidi ilə, vəziyyətdən çıxış yolu tapmaqda aciz olan iqtidarın özünün inadlı xahişləri ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı.

Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev xalqın dadına çatdı. Vətəni və xalqı naminə ozamankı iqtidarın təklifini qəbul edərək rəhbərliyi öz üzərinə götürməyə razılıq verdi.

Elə həmin gündən Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsi son qoyuldu, separatçılıq proseslərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Heydər Əliyev vahid komandanlıq altında nizami ordu quruculuğuna başlayaraq tez bir zamanda müharibənin gedişində dönüş yarada bildi.

Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında əks-hücum əməliyyatları keçirərək düşmənə ağır zərbələr endirdi. Sürətlə möhkəmlənməkdə olan Silahlı Qüvvələrimizin gücünün açıq-aşkar artmasından və işğal olunmuş torpaqları geri qaytarmaq üçün keçirdiyi ilk uğurlu əməliyyatlardan zərbələr alan Ermənistan ordusu atəşi dayandırmağa məcbur oldu”.скачать dle 11.3
Mojo.az Banner