Mojo.az Banner
SON DƏQİQƏ
16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

İnam Kərimov: AXCP-Müsavat hakimiyyətdə üzüm sahələri vəhşicəsinə məhv edilib - VİDEO

27.09.2019 20:54 1 833
İnam Kərimov: AXCP-Müsavat hakimiyyətdə üzüm sahələri vəhşicəsinə məhv edilib - VİDEO
“Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib”.

Bu fikirləri Göyçay rayonunda keçirilən “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, ötən əsrin 70-80-ci illərində Azərbaycanda 267 min hektar üzüm sahəsi olub: “Biz ötən əsrin 70-80-ci illərdə aqrar sahədə mövcud olan ənənələrimizə çatmaq yolunda mübarizə aparmalıyıq. Məsələn, 80-ci illərdə ölkədə 267 min hektar üzüm sahəsi olub. Bu gün biz 16 min hektar üzüm sahəsi ilə kifayətlənməli oluruq. Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib. Azərbaycanda 80-90-cı illərdə barama istehsalı 6 min ton təşkil edib. Bu gün biz hədəfi Dövlət Proqramına salmışıq. Biz 6 min ton barama istehsal edirdik. Nəyin hesabına? Çünki, Azərbaycanda 30 barama qurutma məntəqəsi, barama tədarük məntəqələri var idi. 31 baramaçılıq idarəsi var idi. Nə baş verdi? 1991-ci ildə biz 6 min ton barama istehsal edirdik, amma 1992-1993-cü illərdə bu infrastruktur darmadağın edildi. Hesab edirəm ki, bunun yalnız bir adı var - vəhşilik və barbarlıq!"
Nazir bildirib ki, aqrar sahənin inkişafı üçün vaxt tələb olunur: “Dövlətimiz qətiyyətlə bu sahənin inkişafına diqqət yetirir. 30 ilə qurulmuş bir infrastrukturu - 264 min hektar üzüm sahəsini bir neçə ilə məhv etmək mümkündür, amma bunun bərpası üçün onilliklər lazımdır. Hazırda biz Ulu Öndər Heydər Əliyev tərəfindən bizə qoyulmuş mirasın bərpasına çalışırıq”.скачать dle 11.3

Son xəbərlər