Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb |
Mojo.az Avto
Mojo.az Avto

“Petkim”in istehsal aktivliyi 92%-ə çatıb

07.05.2021 19:47 987
“Petkim”in istehsal aktivliyi 92%-ə çatıb
“Petkim” pandemiya şəraitində davam etdirdiyi mənfəət artımı ilə yanaşı qlobal istehsalın azaldığı bir dövrdə istehsal tutumunun artırılması ilə də diqqətəlayiq bir nəticəyə imza atıb.

Bu barədə qurumun açıqladığı 2021-ci ilin ilk rübünün maliyyə göstəricilərində qeyd edilib.

Bildirilir ki, xammal məhdudiyyətləri səbəbindən bir çox neft-kimya şirkəti istehsalını azaltdığı və hətta dayandırdığı bir vaxtda “Petkim”in istehsal tutumunun aktivliyi 92 %-ə çatıb.

Vurğulanır ki, “Petkim”in bu uğurunda STAR NEZ ilə birgə həyata keçirilən inteqrasiyalı istehsalın da böyük rolu olub:

“Rəqəmsal texnologiyaları istehsal proseslərinə uğurla tətbiq edərək xammal və əsas istehsal resurslarında yüksək məhsuldarlıq əldə edən STAR NEZ bu dövrdə tam gücü ilə fəaliyyətinə davam edərək “Petkim”i yüksək keyfiyyətli nafta ilə nizamlı bir şəkildə təmin edib. Planlaşdırılmış satış hədəflərini pandemiya müddətində reallaşdırmağa nail olan və effektiv dövriyyə kapitalı vasitəsilə büdcə hədəflərinə uyğun inkişafını davam etdirən "Petkim" 2021-ci ilin ilk üç ayında 892 milyon lirə məbləğində xalis mənfəət əldə edib”.

Son xəbərlər