Mojo.az Banner
11:35 Dövlətə xəyanətdə təqsirləndirilən Zahirəddin İbrahimovun məhkəməsi başlayıb  |     11:25 Trampın xalqa müraciətindən sonra neft kəskin bahalaşdı  |     11:16 Əli Əsədov Türkiyə və Özbəkistanı dünya çempionatına vəsiqə qazanmaları münasibəti ilə təbrik edib  |     23:01 Şəffaf telefon örtükləri niyə zamanla saralır və bulanıqlaşır?  |     22:45 Türkiyədə azərbaycanlı gənc öldürüldü  |     22:38 Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə  |     22:33 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:25 Baba nəvəsini yumruqladı: "Əsəblərimə hakim ola bilmədim"  |     22:20 Bakıxanovun evi dağılır - Video  |     22:13 Nəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA  |     22:08 İnsanlar musiqini necə kəşf edib? - Alimlər açıqladı  |     22:01 Paşinyan Putinə Rusiya vətəndaşı olan ermənilərin Baş nazir olmasının mümkünsüzlüyündən bəhs etdi  |     21:56 Tramp ABŞ prezidentləri arasında ilkə imza atdı  |     21:49 Siyəzəndə qadın dəm qazından boğuldu  |     21:44 Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video  |     21:39 Hörmüz böhranının Azərbaycana təsirləri: "Bu maşınların qiyməti cüzi arta bilər"  |     21:34 Bitcoin canlanır: Trampın açıqlaması qiymətləri artırdı  |     21:26 Bu qurum ləğv edilir  |     21:21 Sabah hava necə olacaq?  |     21:15 Azərbaycanda plastik əməliyyatlar sığorta ilə olacaq  |    
Left Banner
Right Banner

SOCAR prezidenti: “STAR” zavodunun inşası yekunlaşmaq üzrədir

20.09.2018 12:23 4 983
SOCAR prezidenti: “STAR” zavodunun inşası yekunlaşmaq üzrədir
2012-ci ildən İzmirin Əliağa bölgəsində tikintisinə başlanılan illik emal gücü 10 milyon ton xam neft olan “STAR” Neft Emalı Zavodunun inşası yekunlaşmaq üzrədir.

Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Neftçilər günü ilə bağlı “Xalq qəzeti”nə verdiyi müsahibəsində deyib.

R.Abdullayev bildirib ki, bu zavodun tikilib istifadəyə verilməsi ilə Aralıq dənizi bazarında SOCAR-ın mövqeləri xeyli möhkəmlənəcək.

“Zavodun müxtəlif markalı neftlər, əsasən “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal edə bilməsi qarşıya qoyduğumuz hədəflərdəndir. 76 çəni (rezervuarı) olan “STAR” zavodunun ümumi anbar həcmi 1.640.000 kubmetr təşkil edəcək. Yaxın müddətdə fəaliyyətə başlaması planlaşdırılan zavodda sınaq-sazlama işlərinin həyata keçirilməsi üçün avqust ayının əvvəllərindən emal üçün 80 min ton “Azeri Light” markalı Azərbaycan nefti ayrılıb”.

Rövnəq Abdullayev qeyd edib ki, SOCAR-la “Rosneft” arasında bu yaxınlarda imzalanmış müqaviləyə əsasən, 2018-ci ilin dekabr ayından etibarən bir il ərzində “STAR” zavodunun bir milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir:

“Kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün əlavə təminat yaradacaq. “STAR” ilk növbədə “Petkim”i xammalla (yüngül və ağır nafta) təmin etmək məqsədi daşıyır.

Zavod istismara veriləndən sonra bir çox məhsulların istehsalı üçün əhəmiyyətli xammal əldə olunacaq ki, bu da “Petkim”in iqtisadi səmərəliliyini daha da artıracaq.

Qeyd etmək lazımdır ki, SOCAR-ın idarəçiliyində olduğu son 10 ildə bu neft-kimya kompleksinə 800 milyon ABŞ dolları civarında, “STAR” Neft Emalı Zavoduna 5,1 milyard ABŞ dolları investisiya yatırılıb və yüksək əmək məhsuldarlığına nail olunub”.скачать dle 11.3
Mojo.az Banner