Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Plastik qabdakı “bomba”: Vətəndaş benzini həyətində satır, bəs nəzarəti kim etməlidir? - VİDEO

06.05.2021 20:52 1 773
Plastik qabdakı “bomba”: Vətəndaş benzini həyətində satır, bəs nəzarəti kim etməlidir? - VİDEO
Nardaran qəsəbəsində marketlərin qarşısına müxtəlif tutumlu benzin çəlləkləri düzülüb və açıq-aşkar satış həyata keçirilir. Nə təhlükəsizlik, nə də ki, benzin satışını müəyyən edən standartlar var.

Vətəndaşlar Baku TV-yə bildirib ki, Nardaran ərazisində yanacaqdoldurma məntəqəsi demək olar ki, yoxdur.

Sabunçu Rayon İcra Hakimiyyəti də mövcud vəziyyətdən demək olar ki, bixəbərdir. Halbuki, qurumun tabeliyində olan ərazilərdə icazəsiz daşı-daş üstə belə qoymaq mümkünsüzdür.

Bir sözlə qurumlar xəbəri eşidib, yaxasını kənara çəkmək üçün ötür-ötür oyununu oynadılar. Elə Energetika Nazirliyi də hadisədən xəbərsiz olduğunu bildirdi. Əslində qaydalara görə, benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. İstər onun saxlanılma şəraiti, istərsə də satışı zamanı xüsusi nəzarət həyata keçirilməlidir. Ancaq məsələ ondadır ki, plastik qablarda satılan benzinə tələb olduğundan, həmin proses də belə demək mümkünsə, “çiçəklənir”. Bu tendensiyaya qarşı adminstrativ yolla mübarizə aparılmalıdır.

Məsələn, vergi xidməti plastik qablarda benzin satanları vergiyə cəlb etməklə onları kassa çeki vermədikləri üçün həmin prosesdən uzaqlaşdıra bilər.

Ətraflı süjeti təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner