Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Fəxrəddin Qoca: “Uğurlu nəticələr əldə olunsa, sentyabr ayında yerli vaksinin istehsalına başlanacaq”

03.05.2021 22:27 2 073
Fəxrəddin Qoca: “Uğurlu nəticələr əldə olunsa, sentyabr ayında yerli vaksinin istehsalına başlanacaq”
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Ədirnə şəhərində keçirilən regional qiymətləndirmə toplantısında maraqlı açıqlamalar verib.

“Anadolu” Agentliyinin məlumatına əsasən, nazir bildirib ki, Türkiyə bütövlükdə 240 milyon doza peyvəndın alınması məqdsədilə müxtəlif ölkələrlə müqavilələr bağlayıb ki, bunun da 100 milyon dozası Çin istehsalı olan “Sinovak” vaksinidir.

Onun sözlərinə görə, hazırda Türkiyənin Erciyes Universitetində istehsal olunan yerli peyvənd könüllülər üzərində sınaqdan keçirilir. Vaksinin kütləvi tətbiqi isə sentyabr ayına planlaşdırılıb.

“Hazırda könüllülər üzərində aparılan təcrübənin nəticələri nəzərədən keçirilir. Əgər planlaşdırdığımız şəkildə uğurlu nəticələr əldə olunsa, sentyabr ayında yerli vaksinin istehsalına başlanacaq”, -deyə F.Qoca qeyd edib.

Nazir ölkədə tətbiq olunan digər vaksinlərdən də danışıb. O, bildirib ki, növbəti 6 ay ərzində 50 milyon dozalıq “Sputnik-V” peyvəndinin, iyun ayının sonunadək isə 30 milyon dozalıq “Biontek” vaksininin Türkiyəyə gətirilməsi planlaşdırılıb.

Son xəbərlər