Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Sabahdan Türkiyədə peyvəndləmənin ikinci mərhələsi başlanır

10.02.2021 23:26 1 107
Sabahdan Türkiyədə peyvəndləmənin ikinci mərhələsi başlanır
“Hörmətli Prezidentimizin də iştirak etdiyi peyvənd olunma prosesinin 28 günü tamam oldu. Sabahdan peyvəndləmənin ikinci mərhələsi başlanır”.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, bu gün Türkiyə Elm Qurumunun üzvlərilə birlikdə onlara ikinci doza peyvənd vurulub.

F.Koca indiyədək Türkiyə əhalisinin 2 milyon 800 min nəfərinin peyvənd olunduğunu deyib: “Məqsədimiz əhalimizin 60 faizinin (COVID-19) peyvənd edilməsidir”.

Dünən və bu gün Türkiyəyə yeni peyvəndlər idxal olunduğunu deyən nazir Çinin “SinoVac” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “CoronaVac” inaktiv vaksini ilə əlaqədar ölkəyə 100 milyon doza vaksinin gətirilməsi üçün müqavilə bağlandığını bildirib.

F.Koca martın sonunadək almaniyalı türk alim Uğur Şahinin rəhbərlik etdiyi “BioNTech” şirkətinin istehsalı olan vaksinin (4,5-5 milyon doza) də ölkəyə gətiriləcəyini deyib.

Nazir aprel ayında yerli istehsal olan vaksinlərin də dövriyyəyə daxil olacağını bir daha vurğulayıb.

Son xəbərlər