Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığı yüksəldilir (FOTO/VİDEO)

03.05.2021 21:54 1 032
Radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığı yüksəldilir (FOTO/VİDEO)
2021-ci il tədris ilinin hazırlıq planına əsasən radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirlər çərçivəsində müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilir. Döyüş şəraitinə uyğun bölmələrin aerozol maskalanması fəaliyyətləri məşq etdirilir.

Əsas diqqət döyüş əməliyyatlarının müxtəlif növlərində radiasiya, kimyəvi və bakterioloji mühafizə tədbirlərinin yerinə yetirilməsi zamanı bölmələrin birgə fəaliyyətinin uzlaşdırılması, səhra vərdişlərinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətdə yüksək fiziki və psixoloji dözümlüyün tərbiyə edilməsinə yönəldilib. Bölmə komandirlərinin taktiki-xüsusi və xüsusi hazırlıq məşğələlərinin keçirilməsi üzrə peşəkar və metodiki vərdişləri inkişaf etdirilib.

Bundan əlavə, plana uyğun olaraq şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən kütləvi qırğın silahından mühafizə (KQSM) üzrə məşqlər zamanı "Ən yaxşı KQSM taqımı” adı uğrunda yarış keçirilib

скачать dle 11.3
Mojo.az Banner