Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO

16.05.2024 14:07 2 010
Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO
Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.

Həmçinin silahlanmada olan universal radiolokasiya komplekslərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, ona məxsus artilleriya vasitələri ilə mübarizənin aparılması, eləcə də hava kəşfiyyat cihazlarının aşkar edilərək xüsusi texniki vasitələrlə endirilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra olunub.

Təlimin keçirilməsində əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldilib.скачать dle 11.3

Son xəbərlər